AZ

Böyük Britaniya nüvə donanmasını təzələyir

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, eyni zamanda, Avstraliya, Böyük Britaniya və ABŞ arasında AUKUS hərbi ittifaqı çərçivəsində Kambriya qraflığının Barrou-in-Ferness şəhərindəki gəmiqayırma zavodlarında 12 hücum sualtı qayığı inşa ediləcək. Bu sualtı qayıqlar 2030-cu illərin sonundan başlayaraq Şimali Atlantika dəniz zolaqlarında patrul etmək üçün nəzərdə tutulub. Əvvəllər bildirilmişdi ki, eyniadlı dördüncü nəsil sinfinə aid ilk “Dreadnought” aparıcı nüvə sualtı gəmisinin təməlinin qoyulması mərasimi martın 20-də Barrou-in-Fernessdəki “BAE Systems” gəmiqayırma zavodunda olub. 130 nəfərlik ekipaja malik 153,6 metr uzunluğundakı yeni sualtı qayıqlar gücləndirilmiş təhlükəsizlik və planlı yoxlamalar arasında daha uzun fasilələr tələb edən “Rolls-Royce PWR3” nüvə reaktoru ilə təchiz olunacaq. “Dreadnought” sualtı qayıqları “Trident II (D5)” ballistik raketləri və yüksək avtomatlaşdırmaya malik müasir rəqəmsal döyüş idarəetmə sistemləri üçün 12 şaxta alacaq ki, bu da ekipajın iş yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azvision.az

2Mənbələr