AZ

Rəvan Həsənov: Azərbaycanın müxtəliflik anlayışı dünyaya nümunədir

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda dilə gətirib. O diqqətə çatdırıb ki, Azərbaycanda fərqlilik sevgi və hörmət mənasında anlaşılır. "Tarixi reallıq müstəvisində aydın görürük ki, dövlətin bu cür fərqlilik anlayışını qoruması hansı dərəcədə vacibdir. Bu məqamın ən bariz nümunəsi məhz Vətən müharibəsidir. Müxtəliflik içində milli birliyimiz Vətən müharibəsində qələbə qazanmağımızın ideoloji zəminidir", - Rəvan Həsənov bildirib. AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azvision.az

2Mənbələr