AZ

Gələcəyə yönəlmiş yeni mərhələnin başlanğıcı ŞƏRH

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“Prezidenti İlham Əliyev Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəyi qeyd edildi. Sözsüz ki, AMEA ötən 80 il ərzində böyük bir yol keçib və ölkəmizdə elmin inkişafında aparıcı rol oynayıb.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanda elmin inkişafı üçün çalışıb: “Məhz ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdirilib. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilib. Bununla da ölkəmizdə intellektual potensial daha da güclənib. Ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu strategiya uğurla davam etdirilib və gənclərimizin dünyanın ən qabaqcıl ali məktəblərində müasir elmi biliklərə yiyələnərək ölkəmizin ictimai-siyasi, sosial və idarəetmədə təmsilçiliyi təmin olunub. Bu mənada Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası(AMEA)-nın 80 illik yubileyindəki çıxışı ölkəmizdə elmin hazırkı vəziyyəti və gələcək istiqamətləri baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısının da vurğuladığı kimi gələcəyin inkişafı birbaşa elmin səviyyəsi ilə bağlıdır. Çünki elm artıq yalnız nəzəri sahə deyil və iqtisadiyyat, texnologiya, milli təhlükəsizlik kimi sahələrlə birbaşa bağlıdır. AMEA bu mənada 80 illik keçdiyi yolda müxtəlif ictimai-siyasi quruluşlar dəyişilsə də, ölkəmizdə elmin inkişafını daima diqqətdə saxlayıb. Xüsusilə ulu öndər Heydər Əliyevin dövründə Akademiya ilə yanaşı ölkədə elmin inkişafına dövlət səviyyəsində hər zaman qayğı göstərilib. Təbii ki, son illər elmin inkişafına xidmət edən və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi üçün də zəruri işlər görülüb. İnstitut binalarının təmiri, kitabxana və ensiklopediya üçün yeni binanın inşası ilə yanaşı ölkəmizdə elmin inkişafına ayrılan vəsaitlər də ilbəil artırılıb”.

Deputat bildirib ki, ölkəmizin başçısının da vuğuladığı kimi elmin inkişafı ilə yanaşı gənc alimlərin qlobal müstəvidə olan elmi yeniliklərə açıq olması da təşviq edilməlidir: “Bu gün elm elm yalnız yaradıcılıq sahəsi deyil, iqtisadiyyat və texnologiya üçün mühüm dayaqdır. Azərbaycanda da elmə hər zaman böyük maraq olub. Ölkədə savadlılıq səviyyəsinin artırılması, bilikli gənc nəslin formalaşması üçün dövlət tərəfindən mühüm proqramlar icra olunmaqdadır. Bu xüsusda elmə ayrılan vəsaitin artması önəmlidir. Bununla yanaşı elmi institutlar, ali məktəblər və sənaye müəssisələri arasında məkdaşlıq gücləndirilməlidir ki, elmin nəticələri real iqtisadi fayda versin. Gənc tədqiqatçılar üçün stimulverici proqramlar tərtib edilir, paytaxt Bakı ilə yanaşı ölkəmizin regionlarında da beynəlxalq standartlara uyğun elmi-istehsalat sahələrinin qurulması və kadrlar hazırlanması əsas prioritet istiqamətlərdən hesab edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı, Azərbaycanda elmin yalnız akademik müstəvidə olmadığını, dövlətin strateji inkişafında mühüm komponentə çevrildiyinin bariz nümunəsidir. Ölkə başçısının çıxışında səsləndirilən fikirlər mühüm yol xəritəsi olmaqla yanaşı keçmişin təcrübəsinə istinad edən, gələcəyə yönəlmiş yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilir”.

Sevinc Hüseynova hesab edir ki, dövlət başçısının da qeyd etdiyi kimi insan kapitalı amilinə verilən önəm bu gün özünü bütün sahələr üzrə təsdiq etməkdədir: “Müasir elmi yeniliklərlə yanaşı xalqımızın milli kimliyi, dili, toponimləri və sahib olduğu fundamental dəyərlər üzərində inkişafı olduqca önəmlidir. Hazırda tükənməz sərvət intellektual potensialdır. Məhz bu sahəyə qoyulan sərmayə hər zaman öz bəhrəsini verir. Artıq elmi-texniki yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi kimi qəbul edilir. Azərbaycanda da rəqəmsallaşmanın geniş miqyasda tətbiqi və onun müsbət faydaları göz önündədir. Bu gün hibrid müharibələr, təhdidlər və digər konponentlər elmin müasir dövr üçün yeni istiqamətlərinin hansı nəticələr doğurduğunu gündəlik həyatımızda görməkdəyik. Bütün sahələrdə olduğu kimi elmi yenliklər hərbi sahədə də məhsulların istehsalınada özünün göstərməkdədir. Faktiki olaraq elm tutumlu şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlayıb. Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal etməkdədir. Dövlətimizin də bu sahəyə diqqəti olduqca böyükdür. Vətən müharibəsinin gedişində müasir müharibə tendensiyaları və dronlardan ilk dəfə olaraq geniş şəkildə istifadə ölkəmizdə bu sahənin inkişafını zəruri edir. Ölkəmizdə pilotsuz uçuş aparatlarının istehsalı bu sahədə olan inkişafın bariz nümunəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurun yenidən bəpasında müasir dövrün təlbələrinə uyğun olaraq elm tutumlu sahələr, yaşıl enerji və digər istiqamətlərdə olan tendensiyalar təşviq edilir”.

Komissiya sədri həmçinin Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan tarixinin, toponimlərinin qorunması və onların öz adları ilə qeyd edilməsinin vacibliyini söyləyib: “Qarabağ və Şərqi Zəngəzurla yanaşı Azərbaycanın digər bölgələrinin o cümlədən Qərbi Azərbaycandakı toponimlərlin qorunması ilə yanaşı Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına sülh şəraitində geri dönüşü aktual məsələlərdəndir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
sesqazeti.az

1Mənbələr