“Bavariya”nın yarımmüdafiəçisi Konrad Laymer klubdan ayrılmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilə qədər qüvvədədir, lakin tərəflər onu 2028-ci ilə qədər uzatmaq barədə ilkin razılıq əldə ediblər.
Avstriyalı futbolçu 2023-cü ildə “Leyptsiq”dən “Bavariya”ya transfer olunub.