BAKI, 5 noyabr. TELEQRAF
Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərinin istirahət günü elan olunmasını nəzərə alaraq, Azərbaycan Dəmir Yolları QSC Bakı-Qazax-Bakı marşrutu ilə hər iki istiqamətə əlavə reyslər təyin edir.
Bu barədə Teleqraf-a ADY-dən bildirilib.
Qatar Bakıdan Qazaxa səhər saat 07:45-də, Qazaxdan Bakıya isə 16:40-da yola düşəcək.