AZ

Arsenal komandası rekordunu təkrarlayıb

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərənin "Arsenal" klubu rekordunu təkrarlayıb. Sport24.az xəbər verir ki, bu barədə Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

"Topçular" bütün turnirlərdə ardıcıl 8 oyunda qol buraxmadan qalib gəlib. Bu, İngiltərə Premyer Liqa təmsilçilərinin rekordunun təkrarıdır.

1889-cu ildə "Preston", 1920-ci ildə "Liverpul", 1903-cü ildən sonra isə "Arsenal" 8 görüşdə qol buraxmadan qalib gəlib.

Qeyd edək ki, komanda son olaraq ötən gün azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında "Slaviya"nı (Çexiya) 3 cavabsız qolla üstələyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
sport24.az

2Mənbələr