AZ

II Qaregin Kremlin təlimatlarını həyata keçirir - AÇIQLAMA

"Ermənistanda kilsə başçısı II Qareginin Baş nazir Nikol Paşinyana dirəniş göstərməsi səbəbsiz deyil. Katolikosun qardaşı Rusiya xüsusi xidmət orqanları ilə uzun müddət əməkdaşlıq edib".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, II Qaregin hər zaman Rusiyanın təsiri altında olub, bu gün də Kremlin təlimatlarını həyata keçirir:

"Hazırda Paşinyan II Qaregini istefaya çağırır, ancaq baş keşiş bunu da özbaşına edə bilməz. Kilsənin rəhbərliyindən getməsi üçün Rusiyanın razılığı lazımdır. Nersisyanın xarici banklardakı pulları sadəcə ianələr hesabına deyil. Həmin vəsait erməni diasporu tərəfindən kilsənin bank hesablarına ötürülüb. Bu, həm də "erməni soyqırımı" konktekstində böyük kapital qazancına çevrilən bir sənayedir. II Qaregin bu məsələni manipulyasiya edərək uzun müddət istifadə edib”.

Natiq Miri: Hadisələrin sonu kilsə başçının hara qədər dirəniş göstərəcəyi ilə bağlıdır

Müsahibimiz deyib ki, bu gün nə mərkəz Moskva, nə də diaspor Qareginin könüllü istefasına razılıq verməyib. Politoloq hesab edir ki, ancaq vəziyyət ciddiləşərsə, II Qaregin, ailəsi və ətrafı barədə daha çox ifşaedici, intim məlumatlar dövriyyəyə buraxılacaq:

“Hadisələrin sonu kilsə başçının hara qədər dirəniş göstərəcəyi, hansı addımlar atacağı ilə bağlıdır".

Aydın Baxış

Seçilən
34
1
bakivaxti.az

2Mənbələr