AZ

İki ölkənin Milli Xalça Muzeyləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Xalça Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Hafta.az xəbər verir ki, sənədi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze imzalayıblar. Əminə Məlikova jurnalistlərə açıqlamasında bildirib ki, memorandum çərçivəsində iki ölkənin muzeyləri gələcəkdə sərgilərin təşkili, ustad dərsləri, xalçaçılıq və tekstil sahəsində konservasiya və restavrasiyada təcrübə mübadiləsi layihələrini həyata keçirməyi planlaşdırır.

Azərbaycan tərəfi ümid edir ki, yaxın gələcəkdə Gürcüstanın müxtəlif muzeylərində xalçaçılıq və tekstil mədəniyyətini əks etdirən sərgilər, interaktiv tədbirlər və təlim proqramları təqdim olunacaq.

Muzeylərarası əməkdaşlıq həm Azərbaycan, həm də Gürcüstan mədəni irsinin qorunması və geniş ictimaiyyətə təqdim olunması baxımından önəmli addım hesab olunur.

Qeyd edək ki, memorandum imzalanması Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Gürcüstanın Bolnisi Muzeyində açılmış sərgisi çərçivəsi baş tutub.

Seçilən
7
1
hafta.az

2Mənbələr