AZ

Şoyqudan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Zəngəzur dəhlizi və “Şimal–Cənub” nəqliyyat dəhlizi bir-biri ilə rəqabət aparmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşünün yekununda jurnalistlərə açıqlama verib.

“Düşünürəm ki, hər iki yolun mövcudluq haqqı var və onlar zəruridir – həm Azərbaycanı öz bölgələri ilə birləşdirmək, həm də ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizlərinin yaranması baxımından”, – deyə o bildirib.
 

Şoyqu xatırladıb ki, “Şimal–Cənub” dəhlizi Cənubun dərin limanlarını Şimal Buzlu okeanı və Şimal dəniz yolu ilə birləşdirən marşrutdur.


“Mən bunda heç bir mənfi cəhət görmürəm və hansısa rəqabətdən – kimsə hansısa istiqamətdən yan keçəcək və ya dolanacaq – söhbət gedə bilməz”, – deyə Şoyqu vurğulayıb.

O qeyd edib ki, Rusiya çox geniş ölkədir və çox inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir, “hər bir yeni yol isə həmişə yaxşıdır”. (TASS)

Bizim.Media

Seçilən
4
2
bizim.media

3Mənbələr