AZ

Bu baş versə, Azərbaycanda kartof bahalaşacaq – SƏBƏB

Gürcüstandan Azərbaycana idxal olunan kartof partiyasında gövdə nematodu aşkarlanması ictimaiyyət arasında “kartof bahalaşa bilərmi?” sualını gündəmə gətirib. İdxal olunan 24,5 ton məhsulun məhv edilməsi və ya geri qaytarılması bazara təsir göstərəcəkmi?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu həcmdə kartofun məhv edilməsi və ya geri qaytarılması bazarda qiymət artımına səbəb olmayacaq.

Natiq

Ekspertin sözlərinə görə, 24,5 ton çox kiçik miqdardır və bu, sadəcə bir yük maşını qədər məhsuldur:

“Bu qədər az həcmdə məhsulun geri qaytarılması və ya məhv edilməsi bazara heç bir real təsir göstərmir. Qiymətlərdə dəyişiklik gözlənilmir.”

Natiq Cəfərli əlavə edib ki, yalnız bu cür hallar davamlı xarakter alarsa, yəni müxtəlif ölkələrdən, xüsusilə Gürcüstandan idxal olunan kartofda oxşar xəstəliklər mütəmadi aşkarlanarsa, o zaman daxili bazarda müəyyən qiymət artımı müşahidə oluna bilər.

“Hazırkı hadisə lokal xarakter daşıyır və bazarda heç bir dalğalanmaya səbəb olmayacaq”, – deyə ekspert qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
16
3
konkret.az

4Mənbələr