AZ

Hakan Fidan avropalı nazirə: Bizsiz natamamsınız

BAKI, 5 noyabr. TELEQRAF

“Avropa İttifaqının Türkiyəsiz natamam olacağını, Türkiyənin də Avropa İttifaqı olmadan bir ayağının əskik qalacağını düşünürük”.

Teleqraf xəbər verir ki, bunu Helsinkidə Finlandiya xarici işlər naziri ilə görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Avropa İttifaqı nazirlərinin bu məsələni yenidən qiymətləndirməsini vacib hesab edirik. Avropalı nazirlərin Türkiyənin Avropa İttifaqına üzvlüyü istiqamətində iradə nümayiş etdirmələrini də dəyərli hesab edirik. İradə olduğu müddətcə digər prosedurlar zamanla aradan qalxacaq. Bu məsələdə yeni bir başlanğıcın formalaşdığını görürük.

Hazırkı vəziyyətdən baxdıqda görürük ki, Avropa da yeni bir strateji tənliyin astanasına qədəm qoyub. Avropa İttifaqı və Türkiyə mövcud inteqrasiya prosesini heç bir bəhanəyə əsaslanmadan mümkün qədər tez irəli aparmalıdır. Biz hökumət olaraq bu məsələyə dair ciddi siyasi iradə ortaya qoymuşuq”, - o bildirib.

Seçilən
27
teleqraf.com

1Mənbələr