"Real"ın futbolçusu Federiko Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Liverpul" a uduzduqları (0:1) oyunu şərh edib .
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi deyib:
"Bu məğlubiyyəti qəbul etmək çətindir. Qarşılamalı olduğumuz bir zərbəyə görə 3 xal itirdik.
Bu stadionda oynamaq asan deyil. Bizim də şanslarımız var idi, onların da. Biz standart vəziyyətlər zamanı daha yaxşı müdafiə olunmalı idik".
Qeyd edək ki, "Real” 5-ci turda “Olimpiakos”un qonağı olacaq.