AZ

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən elmi-praktik konfrans keçirilib - YENİLƏNİB/FOTOLAR

“XXI əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal çağırışlar, tendensiya və perespektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, konfrans Sosial Tədqiqatlar Mərkəzi və Türkiyə İstanbul Universiteti Hüquq Fakültəsi tərəfindən birgə təşkil olunub və “2025-Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub. Tədbir konfransın mahiyyətinə uyğun video çarxın nümayişi ilə başlayıb. Konfransda dünyanın 19 ölkəsindən tanınmış alimlər, tədqiqatçılar və ekspertlər iştirak edib.

Açılış nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Konstitusiyanın vacibliyindən danışıb: “Ötən əsrin sonunda Sovetlər birliyinin iflası siyasi xəritəyə çıxan yeni milli respublikaları ağır imtahanlar qarşısında qoydu”.

Z.Oruc bildirib ki, 1991-ci ilin 30 avqust və 18 oktyabrında elan olunan Konstitusiya bəyannaməsi və Aktı xalqımızın faktiki azadlığını, siyasi müstəqilliyini özündə ehtiva etsə də torpaqlarımızın işğalı natamam suverenlik yaratdı: “Elə həmin sənədlərdə Ana qanunun hazırlanması qarşıya vəzifə kimi qoyulmuşdu. Lakin bir-birini əvəzləyən hakimiyyətlər dövlətimizin konstitusion saslarını yarada bilmədilər. Ona görə də milli Konstitusiyamız müstəqilliyin elanından düz 4 il sonra, 1995-ci ildə ölkəmizdə hərbi-siyasi xaosa son qoyulduqdan sonra gerçəkləşdi. Beləliklə, bəşəri dəyərləri, insan hüquq və azadlıqlarını 20 faiz ərazi itkisi, 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində bəyan etmişiksə, deməli, Ana Qanunumuz işğala qarşı ilk ümumxalq proqramıdır, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəmizin hüquqi, siyasi və hərbi Baş planıdır.

1995-ci il iyunun 5-də Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından 12 noyabr referendumuna qədər sənədin ümumxalq müzakirələrinə şəxsən özü rəhbərlik etdiyi üçün Konstitusiyamızın banisi Ulu öndərdir. Ana Qanunumuz Heydər Əliyevin dövlət kitabıdır”.

Tədbir plenar sessiyalarla davam edib.

Seçilən
38
1
sia.az

2Mənbələr