Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Qalatasaray" klubu və Türkiyə millisindəki uğurları ilə adını futbol tarixinə yazan Fatih Terim yenidən məşqçiliyə dönür.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis Çexiya millisinin yeni baş məşqçisi olacaq.
İnformasiyanı jurnalist Candaş Tolqa sosial şəbəkə hesabı üzərindən paylaşaraq yayıb. İddiaya görə, Çexiya yaxın günlərdə 72 yaşlı çalışdırıcı ilə rəsmi müqavilə imzalayacaq. “İmperator” ləqəbli mütəxəssisin qarşı tərəfə prinsipial razılıq verdiyi bildirilir.
Qeyd edək ki, Fatih Terim son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda çalışıb.
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.