AZ

Keçmiş məcburi köçkünlər üçün aylıq müavinətə ayrılan məbləğ məlum oldu

Keçmiş məcburi köçkünlərə veriləcək aylıq müavinətlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.

 

Bu barədə məlumatı maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, həmçinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında səsləndirib.

 

Qeyd edilib ki, məsələ "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı gündəmə gətirilib.

 

"Növbəti ildə müavinət və təqaüdlərin ödənilməsi üçün 2,1 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi üçün 465 milyon manat nəzərdə tutulub. Keçmiş məcburi köçkünlərə aylıq müavinətin verilməsi və digər tədbirlər üçün 285 milyon manat, sosial cəhətdən həssas qrupdan olan şəxslərə sosial xidmətlərin göstərilməsi məqsədilə isə 60 milyon manat vəsait nəzərdə tutulub", - nazir müavini bildirib.

Tarix: 5 Noyabr 2025, 16:38   
Seçilən
5
18
pravda.az

10Mənbələr