AZ

Çay içir, halva yeyir: Avtobus sürücüsü ilə qarğanın dostluğu

“İnsan gələndə bağırır, xəbərdarlıq edir. Çox ağıllı heyvandır. İnsanlar it saxlayacaqlarına qarğa saxlasınlar”

Avtobus sürücüsü ilə qarğanın 2,5 ildir davam edən dostluğu görənləri təəccübləndirir. Yolda yaralı halda tapdığı bala qarğanı müalicə etdirib ona “Şakir” adını verən Ömər Tek, dostundan bir an belə ayrılmır.

Sherg.az xəbər verir ki, bu dostlar avtobus səfərlərindən market alış-verişinə, dəniz gəzintilərindən səyahətlərə qədər hər anı birlikdə keçirir. Övladı kimi gördüyü qarğa ilə 2,5 ildir ayrılmaz dostluq qurmuş Tek, Şakirə Rizedən xüsusi gətirdiyi halva, balıq və yalnız orqanik qidalarla baxır. Sevinc dolu qarğa çay içməsi və marketdə yeməklərini dimdiyi ilə seçməsi ilə də diqqət çəkir.


Ömər Tek qarğanı bala ikən əlillik əlaməti ilə tapdığını bildirərək deyir: “Yaralı idi, müalicəsini etdirdim. Tam 2,5 ildir, məndən ayrı durmur. Haraya getsəm, arxamca gəlir. Hamsini, istavriti və balığı çox sevir. Ona xüsusi olaraq Rizədən halva gətirirəm. Halvasını çox yeyir, çay da içir. Həqiqətən ailədən biri oldu, haraya getsəm aparıram. Onunla avtobusa da minirəm.”

Ömər Tek qarğanın səyahətlərdə sərnişinlərin də marağını çəkdiyini bildirərək belə deyir:

“Sərnişinlərin diqqətini çəkir, onu çox sevirlər. Bir övlad kimi alışdı. Mən haraya getsəm arxamca gəlir. Naməlumu gördükdə ona  hücum edir. Məsələn, evə birisi gəlsə, onu dərhal bağçaya və evə buraxmır. Övlad kimidir, insana çox yaxındır. “Nankor” deyirlər, amma nankor deyil.”

Ömər Tek qarğanın xüsusi qidalanma vərdişlərinə də diqqət çəkərək qeyd edir: “Bəzən onunla marketə gedirik. Bəyənən məhsula dimdiyi ilə vurub götürür. Əsasən ciyər yeyər, ət yeyər, yumurtanın sarısını yeyər, balıq yeyər,  nə olsa yeyər, halva yeyər. Belə şeyləri yeyir. Normal çörəyi çox yemir, adət etməyib. Mandalin yeyir, orqanik mandalin yeyir. Orqanik olan hər şeyi yeyir, amma orqanik olmayan heç nə yemir. Çox ağıllı heyvandır. Zərər verə biləcək şeyləri heç vaxt yemir. Ağzına qoyur, atır kənara.”

Tek, Şakirin evi və bağçanı da qoruduğunu vurğulayaraq, yad adamlara qarşı reaktiv olduğunu sözlərinə əlavə edir: “Onu çöldə buraxıram, bağçada dolaşır. Bizi tərk etmir, bağçaya da heç kimi buraxmır. İnsan gələndə bağırır, xəbərdarlıq edir. Çox ağıllı heyvandır. İnsanlar it saxlayacaqlarına qarğa saxlasınlar; yaxşı keşikçilik edir, yad gələndə bağırır, qiyamət qoparır..”

Şakirini öz övladlarından ayırmadığını bildirən Tek sözenə belə davam edir: “Mənə bir milyon lira versələr də, onu heç vaxt satmaram. Dəyəri pula ölçülə bilən heyvan deyil. Mənim iki övladım vardı, bununla üç oldu. Onlara nə alıramsa, ona da eynisini alıram.”

Turan
Seçilən
28
1
sherg.az

2Mənbələr