AZ

Fatih Terimə Avropadan təklif gəlib

Təcrübəli baş məşqçi Fatih Terim yenidən Avropada işləyə bilər.

Moderator.az TRGT-yə istinadən xəbər verir ki, 72 yaşlı təcrübəli mütəxəssis Çexiya millisinin yeni baş məşqçisi ola bilər.

İddiaya görə, o burada İvan Haşeki əvəz edə bilər.

Qeyd edək ki, Avropada "Fiorentina", "Milan", "Panatinaikos" kimi klubların baş məşqçisi olmuş F.Terim son olaraq Səudiyyə Ərəbistanının "Əş-Şəbab" klubunda çalışıb.

Seçilən
10
2
moderator.az

3Mənbələr