AZ

İşlədiyi bürodan hoteldə ölən vəkillə bağlı AÇIQLAMA

Yevlax rayonunda hotellərin birində ölüm hadisəsi baş verib. 

Noyabrın 4-ü saat 21 radələrində Yevlax şəhəri ərazisində yerləşən “Həmdəm” hotelindəki otaqda orada qalan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb. Onun dərman həbləri içərək öldüyü məlum olub. Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. 

O, Xətai rayonunda yerləşən “Fortiori” vəkil bürosunun üzvü olub. Faktla bağlı araşdırma aparılır. “Cebheinfo.az” məsələ ilə bağlı “Fortiori” vəkil bürosu ilə əlaqə saxlayıb. Bürodan bildirilib ki, vəkilin hansı səbəbdən rayona getdiy bəlli deyil: 

“Bu barədə bizim məlumatımız yoxdur. Ümumiyyətlə, vəkillərin fəaliyyəti ilə bağlı sərbəstlik var. Yəni hara gedirlər, kimlərlə müqavilə bağlayırlar - bunlar tam sərbəstdir. Yəni hansı səbəbdən həmin yerə gedib, biz bunu bilmirik”. 

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr