AZ

Ukraynada sülh səylərində tərəflərin maraqları nəzərə alınmalıdır - Hakan Fidan

Ukraynadakı münaqişənin həlli üçün sülh səylərində cəbhədəki vəziyyət və bütün tərəflərin maraqları nəzərə alınmalıdır.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə danışıb.“Sülh səylərinin realist yanaşmaya əsaslanması, tərəflərin maraqlarını əks etdirməsi, cəbhədəki vəziyyətin dinamikasına və şəraitə uyğun olması son dərəcə vacibdir. Münaqişənin ədalətli və davamlı həllinə yalnız diplomatiya yolu ilə nail olmaq mümkündür”, - diplomat bildirib.Fidanın sözlərinə görə, Ankara sülhə nail olmaq üçün birgə səylərini davam etdirir və liderlərin potensial sammitinə ev sahibliyi etməyə hazırdır.

İlahə QənbərliMissiya.Az

Seçilən
25
1
missiya.az

2Mənbələr