AZ

BRİKS ölkələri Rusiya almazlarının idxalını çoxaldacaq

Cənubi Asiya ölkəsinin Ticarət və Sənaye Nazirliyinin ekspertlərinin hesablamalarına görə, yayın son ayında Hindistana Rusiyadan almaz göndərilməsi üç dəfədən çox artıb.

Busaat.az-ın xəbərinə görə, məlum olub ki, Hindistan avqust ayında Rusiyadan bu mineralı 31,3 milyon dollara alıb.

Bir il əvvəl bu rəqəm 13,4 milyon dollar idi. Həmçinin qeyd olunub ki, bu, tədarükün 92,5 milyon dollar qiymətləndirildiyi aprel ayından bəri ən yüksək göstəricidir. Lakin ilin əvvəlindən bu qiymətli daşların alışı demək olar ki, 40 faiz azalıb.

Avqust ayında BƏƏ 685 milyon dollarlıq ixracatla Hindistana aparıcı almaz ixracatçısı oldu. Honq-Konqdan daşınmalar 173,1 milyon dollar, ABŞ-dan isə 140,3 milyon dollara çatıb. Rusiya yeddinci yerdədir.

Baş nazirin müavini Denis Manturovun sözlərinə görə, Rusiya və Hindistan son 5 ildə ticarət dövriyyəsini təxminən 7 dəfə artırıb. Moskva almaz və neftlə yanaşı, mineral gübrələr, meşə və metallurgiya məhsulları, ərzaq məhsulları da Yeni Dehliyə satır.

Yeganə

Seçilən
22
busaat.az

1Mənbələr