AZ

Azərbaycanlı arvadını öldürən şəxs həbs olundu

Türkiyənin Bursa vilayətində 20 yaşlı arvadı Arzu Xəlilovanı 75 bıçaq zərbəsi ilə öldürən 27 yaşlı Salican Mehmetin barəsində həbs qətimkan tədbiri seçilib.

Moderator.az DHA-ya istinadən xəbər verir ki, qətl hadisəsi noyabrın 3-ü yerli vaxtla saat 15:00 radələrində evdə baş verib.

Qeyd olunur ki, ər və arvad arasında yaranan mübahisə davaya çevrilib. Bu zaman Salican Arzuya bıçaq zərbələri endirib. Qonşular evdən gələn qışqırığı eşitdikdən sonra polis və təcili yardım çağırıblar. S.Mehmet əlində bıçaqla tutularaq nəzarətə alınıb.

Bədəninin müxtəlif yerlərindən 75 bıçaq yarası alan Arzu Xəlilova təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

S.Mehmet ifadəsində psixoloji problemlərinin olduğunu iddia edib.

"Arzu alış-verişə gedirdi. Məndən uşaqlara baxmağımı istəyəndə əsəbiləşdim. Aramızda mübahisə düşdü. Mətbəxdən götürdüyüm bıçaqla onu vurdum, - deyə o, ifadəsinə əlavə edib.

İlkin araşdırmalardan sonra onun barəsində bu gün həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, cütlüyün 3.5 və 2 yaşlarında iki qız övladı var.

Seçilən
14
2
moderator.az

3Mənbələr