AZ

Andreasyan: “Azərbaycanla bağlı iddiaların geri götürülməsi...”

Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Karen Andreasyan bildirib ki, nə onun, nə də sələfi Yegişe Kirakosyanın dövründə beynəlxalq məhkəmələrdən iddia geri çağırılıb və hazırda bu mövzu gündəmdə deyil.

Musavat.com xəbər verir ki, Andreasyan bu fikirləri yerli jurnalistlərlə söhbətində səsləndirib.

O, Kirakosyanın “Ermənistanın Azərbaycana qarşı iddiaları geri götürmək qərarına görə istefa verdiyi” barədə yayılan məlumatlara cavab verib.

“Belə bir məsələ müzakirə olunmur. Əgər bu barədə hər hansı müzakirə başlasa, biz sizi mütləq məlumatlandıracağıq”, - deyə Andreasyan bildirib.

Jurnalistlər onun diqqətinə çatdırıblar ki, paraflaşdırılmış sülh sazişində guya iddiaların geri götürülməsi ön şərt kimi göstərilib. Andreasyan isə buna cavab olaraq bildirib:

“Mən sənədlərin hamısını öyrənmişəm. Nə Kirakosyan, nə də bizim ofis belə bir təklif alıb. Əgər Ermənistan Respublikası, hökumət, parlament və ya Konstitusiya Məhkəməsi hansısa sazişi ratifikasiya edərək hər hansı məhkəmə prosesini dayandırmaq qərarı versə, siz bunu məndən də tez biləcəksiniz”.

Musavat.com

Seçilən
68
musavat.com

1Mənbələr