AZ

Maliyyə Nazirliyi 50 milyon manatlıq dövlət istiqrazlarını hərraca çıxarır

BAKI, 5 noyabr. TELEQRAF

Noyabrın 6-da Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, nazirlik tərəfindən AZ0201120042 İSİN kodlu, 7,5 faiz kupon dərəcəsi ilə ortamüddətli kuponlu dövlət istiqrazları təklif olunacaq. Hər qiymətli kağızın nominal dəyəri 100 manat, ümumi buraxılış həcmi isə 50 milyon manat (500 min ədəd istiqraz) təşkil edir.

İstiqrazların tədavül müddəti 1080 gündür. Kupon ödənişləri 2026–2028-ci illər ərzində altı mərhələdə – 2026-cı il 7 aprel və 7 oktyabr, 2027-ci il 7 aprel və 7 oktyabr, 2028-ci il 7 aprel və 7 oktyabr tarixlərində həyata keçiriləcək. Əsas məbləğin ödənişi isə 2028-ci il oktyabrın 7-i baş tutacaq.

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.

Seçilən
8
1
teleqraf.com

8Mənbələr