AZ

Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri Moldova Parlamentinin sədri ilə görüşüb

Bakı. Trend:

Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndə heyəti iləMoldova Respublikası Parlamentinin sədri İqor Qrosu arasındaişgüzar görüş baş tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Nümayəndə heyətinin tərkibinə MAK-ın sədri Elçin Bayramov, Şurasədri Ramil Adıgözəlov, Şura üzvləri Aynura Abdülrəhimova və AdilOsmanov daxil olublar.

Görüşdə Moldovada Azərbaycan diasporunun inkişafının əsasistiqamətləri, gənclərin ölkənin ictimai həyatında mövqeyininmöhkəmləndirilməsi müzakirə olunub. Tərəflər əməkdaşlıqda maraqlıolduqlarını ifadə ediblər.

MAK-ın sədri Elçin Bayramov Parlamentin sədri İqor Qrosunuseçkilərdəki qələbə münasibətilə təbrik edib, dövlət institutlarıilə etno-mədəni təşkilatlar arasında konstruktiv dialoqunəhəmiyyətini vurğulayıb. O, diaspor təşkilatlarının bu cürmüzakirələrdə iştirakının mədəniyyətlərarası anlaşmanımöhkəmləndirdiyini və inklüziv vətəndaş mühitinin formalaşmasınatöhfə verdiyini deyib.

Tərəflər, həmçinin, Kişinyovda keçirilən Moldova AzərbaycanlıGənclərinin II Forumunun əhəmiyyətinə toxunublar. MAK nümayəndələriforumun proqramını təqdim edib, tədbirin gənclərin birliyinin vəfəallığının artırılmasında mühüm rol oynayacağını bildiriblər.

Seçilən
41
az.trend.az

1Mənbələr