AZ

Sudan ordusu dayanmayacaq: Qiyamçıları məhv etməyə hazır olun”

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkə ərazisində sabitliyi bərpa etmək üçün xüsusi komitə yaradılıb

Sudanın Təhlükəsizlik və Müdafiə Şurasının iclasında ABŞ-ın humanitar atəşkəs təklifinin müzakirəsi başa çatdıqdan sonra ordu rəhbərliyi hərbiləşdirilmiş çevik reaksiya qüvvələrinə qarşı əməliyyatları davam etdirəcəyini açıqlayıb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, müdafiə naziri Hasan Kabrun şuranın səfərbərliyi davam etdirməyə və "qiyamçıları məhv etməyə" hazır olmağa çağırıb.

O həmçinin "Sudan xalqının döyüşü" adlandırdığı hərbi əməliyyatlar üçün hazırlıqların davam etdiyini deyib.

Nazirin sözlərinə görə, iclasda humanitar yardımın çatdırılması və fövqəladə yardım əməliyyatlarının aparılması planları da müzakirə olunub. Bu tədbirlərin həyata keçirilməsinin monitorinqini aparmaq və bütün ölkə ərazisində sabitliyi bərpa etmək üçün xüsusi komitə yaradılıb.

Hökumətdəki mənbə bildirib ki, ABŞ-ın təklif etdiyi atəşkəs şura iclasının gündəliyində əsas bənd olsa da, yekun mövqeyə gəlmək mümkün olmayıb.

Xatırladaq ki, Sudan ordusu ilə çevik reaksiya qüvvələrinə arasında münaqişə 2023-cü ilin aprelindən bəri davam edir. Döyüşlər on minlərlə sudanlının ölümünə və milyonlarla insanın ölkənin digər yerlərinə və ya xaricə qaçmasına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
ayna.az

3Mənbələr