AZ

Bu il birgə maliyyələşmə proqramı üzrə 1500-dən çox şəxs işlə təmin edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgəişçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində2025-ci ilin 10 ayı ərzində 1504 şəxs işlə təmin olunub.

Trendxəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumatyayıb.

Bildirilib ki, proqram üzrə cari ilin ötən dövründə daha 400-əyaxın işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələrimzalanıb. Həmin müqavilələr üzrə əsasən sosial cəhətdən həssasqruplardan olan şəxslərin məşğulluğu təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb.Proqram əsasında işlə təmin edilmiş şəxslərin 1 il ərzindəəməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyimaliyyələşdirir.

Məqalədə:
Seçilən
47
7
az.trend.az

8Mənbələr