AZ

Yaponiyanın yeni baş naziri Ukraynanı dəstəklədi

BAKI, 5 noyabr. TELEQRAF

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu, Takaiçinin oktyabrın 21-də Yaponiya baş naziri kimi andiçmə mərasimindən sonra ilk xarici telefon danışığı olub.

Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, liderlərin söhbəti təxminən 30 dəqiqə davam edib. Yaponiya hökumətinin başçısı Ukraynanın suverenliyi və ərazi bütövlüyünə Tokionun dəyişməz dəstəyini bir daha təsdiqləyib. O bildirib ki, Yaponiya Ukraynanın bərpası və müharibədən sonrakı iqtisadi dirçəlişi üçün aktiv şəkildə yardım göstərməyə davam edəcək.

“Yaponiya Ukraynanın yanında olacaq və bu mövqeyi dəyişməzdir”, - o deyib.

Sanae Takaiçi həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün Ukraynaya qəti dəstəyini davam etdirəcəyini də vəd edib.

Volodimir Zelenski öz növbəsində Yaponiyanın siyasi, iqtisadi və humanitar sahələrdəki dəstəyinə görə təşəkkürünü bildirib və iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın vacibliyini vurğulayıb.

Seçilən
25
teleqraf.com

1Mənbələr