Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hatayın Reyhanlı rayonunda yolun qarşısına keçmək istəyən bir uzunqulağa avtomobil çırpılıb.Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, qəza nəticəsində uzunqulaq tələf olub, onun yanında olan balası isə xəsarət almayıb. Hadisə Antakya–Reyhanlı yolu üzərində, Beşaslan məhəlləsi yaxınlığında baş verib.Sürücü, vurduğu uzunqulağı yol kənarına sürüyüb və ərazidən uzaqlaşıb. Uzunqulağın balası isə anasının yanından saatlarla ayrılmayıb. Bu mənzərə ərazidən keçən vətəndaşları duyğulandırıb.Tək qalan balaya Hatay Böyükşəhər Bələdiyyəsinə bağlı Sahibsiz Heyvanlara Qayğı və Reabilitasiya Mərkəzi sahib çıxıb.Hadisəni görən sakin Faruk Erkal, sürücülərin kənd ərazilərində daha diqqətli olmalı olduğunu deyib:"Uzunqulağın balası anasını tərk etmir, yanında dayanıb ağlayır. Bu sadəcə bir heyvan deyil, o da bir candır. Sürücülər kənd yollarında daha ehtiyatlı hərəkət etməlidirlər."Hadisə ilə bağlı araşdırma aparılır./Sonxeber
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.