AZ

“10 ildən çoxdur ki, əziyyət çəkirəm...” – Rasim Balayev xəstəliyindən danışdı

“10 ildən çoxdur ki, ayağımda əzələ boşalması yaranıb. Bu da mənə ağrı verir. Bir müddətdən bir fizioterapiyaya gedirəm”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Rasim Balayev səhhətindən danışarkən deyib. O bildirib ki, illərdir ki, müalicə alır:

“Başqa alternativ müalicə üsulu yoxdur. Sol ayağım mənə zülm verir. Ancaq fizioterapiya ilə ayaqda qalıram, yoxsa ağrıya dözə bilmərəm. Belə yerdə deyirlər ki, hardasan ay cavanlıq. Amma bunlara rəğmən cavanlığa qayıtmaq istəməzdim. Çünki pis xatirələri yenə də yaşamaq istəmirəm. Bəlkə də həyat yorub məni”.

Qeyd edək ki, o, 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
61
9
musavat.com

10Mənbələr