AZ

Bizdən gizlədilən tarix: Yalama həqiqətləri VİDEO

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Arif Əliyev və Elçin Şıxlı "Qafqaz TV"də kitab festivalı və "Yalama" əsərindən danışıblar

Bakı Media Klubunun rəhbəri, jurnalist və publisist Arif Əliyev və Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo" qəzetinin rəhbəri Elçin Şıxlı "Qafqaz TV" "YouTube" kanalının "Sözümüzün canı" verilişinim qonağı olub. 

Jurnalistlər verilişdə iştirakçısı olduqları Şimal zonasının ilk kitab festivalı olan Birinci Quba Kitab Sərgisi barədə danışıblar, hazırda kitabla bağlı ölkədəkj vəziyyətə toxunublar. 

Qeyd edək ki, layihə və sərginin informasiya dəstəyi “Qafqaz TV” “YouTube” kanalı, “525-ci qəzet” və “Edebiyyatveincesenet.az” tərəfindən təmin olunur.

Bununla yanaşı, verilişin qonaqları A.Əliyevin sözügedən festivalda sərgilənən "Yalama" sənədli povesti barədə söz açıblar. 

Xatırladaq ki, əsər 1920-ci ildə ermənilərin Qarabağa hücumu və bolşeviklərin Azərbaycana işğala gəlməsindən, həmin vaxt 350 əsgərimizin zəif imkanlara baxmayaraq, göstərdikləri qəhrəmanlıqdan bəhs edir.

Verilişi təqdim edirik: 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
ayna.az

1Mənbələr