AZ

“Orasını-burasını düzəltdirib, sponsor da tapır…”

“Öz aramızda” verilişinin qonağı olan Əməkdar artist Ruhəngiz Musəvi televiziya proqramları ilə bağlı narazılığını dilə gətirib.

Sənətçi efirdə emosional çıxışı ilə diqqət çəkib. O, bəzi verilişlərdə sənətə və sənətkara kifayət qədər dəyər verilmədiyini bildirib:

“Efirlərə baxa bilmirik. Nə qədər eyni adamı çağırarlar? Mən heç vaxt efir xəstəsi olmamışam. Ruhəngiz Musəvi reklam lazım deyil, o tarixə düşən müğənnidir. Mənim bir dənə o filmim milyon klipə dəyərə. İndikilər sənəti sevib gəlmirlər. Orasını-burasını düzəltdirib, bir nəfər də sponsor tapırlar. Efirə çıxırlar, səsləri də yoxdur. Fonaqramla oxuyub, sonra da heç kimi bəyənmirlər. Sənətimiz batır gedi”.

Əməkdar artistin bu fikirləri tamaşaçılar arasında geniş müzakirələr yaradıb./Milli.az/

Seçilən
12
4
millitv.net

5Mənbələr