AZ

“Aİ-nin yeni beynəlxalq şəraitdə Türkiyəyə ehtiyacı var” – Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi olmasaydı, Avropa İttifaqının hazırkı beynəlxalq vəziyyətdə kifayət qədər təsirli ola bilməyəcəyini, Aİ olmasaydı, Türkiyənin bölgədə kifayət qədər dəstəyinin olmayacağını bildirib.

Busaat.az xəbər verir ki, Fidan bu barədə Finlandiyalı həmkarı Elina Valtonen ilə danışıqların yekunu üzrə Helsinkidə keçirilən mətbuat konfransında bildirib.

“Bizim, Avropa ölkələrinin, iqtisadi, siyasi və təhlükəsizliklə bağlı problemlərin birgə həlli üçün Avropa coğrafiyası daxilində birləşməyimiz çox vacibdir. İnanırıq ki, regional məsuliyyətin ən yaxşı nümunələrindən biri olan Aİ Türkiyəsiz, xüsusən də yeni kontekstdə natamam olardı.

Və Avropa İttifaqı olmadan Türkiyənin regionda kifayət qədər dəstəyi olmayacaq. Ona görə də Aİ və Türkiyə davam edən inteqrasiya prosesini mümkün qədər tez və heç bir bəhanə olmadan irəliləməlidir”, – Fidan qeyd edib.

Yeganə

Seçilən
38
busaat.az

1Mənbələr