AZ

"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakı İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.
ONN media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan çempionu matçı izləmək üçün fanatları stadiona erkən gəlməyə çağırıb.
Bildirilib ki, bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.
Matç başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (150 dəqiqə) qalmış açılacaq.
Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Seçilən
20
42
onn.az

10Mənbələr