AZ

KİV: Tehranın iki həftəlik suyu qalıb

BAKI, 5 noyabr. TELEQRAF

İranın paytaxtı Tehran şəhəri kritik su çatışmazlığı ilə üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Agentlik bildirib ki, İranın paytaxtının əsas içməli su mənbələrindən biri olan Əmir Kəbir su anbarının cəmi 8 faizi doludur.

Səlahiyyətlilərin sözlərinə görə, uzun sürən quraqlıq səbəbindən anbarda yalnız iki həftəlik su qalıb. Mütəxəssislər bildirirlər ki, mövcud vəziyyət son onilliklərin ən pis vəziyyətlərindən biridir və metropolun milyonlarla sakininin su təchizatını risk altında qoyur.

İran hökuməti ehtiyatların yenidən bölüşdürülməsi üçün fövqəladə tədbirləri nəzərdən keçirir və əhalini suya qənaət etməyə çağırır.

Seçilən
88
teleqraf.com

1Mənbələr