AZ

Günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan uşaqlar şəhid ailələrini ziyarət ediblər

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə fəaliyyət göstərən Sabirabad günərzi qayğı mərkəzinin benefisiarları agentliyin əməkdaşlarının müşayiəti ilə şəhid ailələrini ziyarət ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sabirabad rayonunda yaşayan ailələrə səfər edən uşaqlar şəhidlərimizin ailə üzvləri, eləcə də övladları ilə həmsöhbət olublar, onların həyatı, keçdikləri döyüş yolu və qəhrəmanlıqları haqqında xatirələri dinləyiblər.

Ziyarətlər zamanı Vətən müharibəsi şəhidləri mayor Anar Məmmədov, Şahlar Cəfərov, Süleyman Qarayev, Xalid Hassan və Elnur Tağıyevin əziz xatirəsi yad edilib.

Agentliyin əməkdaşları şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanıb, onların bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
azertag.az

1Mənbələr