AZ

Bakı və İrəvan arasında yeni dövr: Qriqoryan görün nələri ETİRAF ETDİ

Rusiyadan Ermənistana buğda daşıyan qatar artıq Azərbaycandan Gürcüstan istiqamətində hərəkət edir. Rusiya buğdasını daşıyan yükün tezliklə Ermənistana çatacağı gözlənilir.

Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan bu barədə açıqlama verərək, Azərbaycan və rusiyalı həmkarlarının bu sahədə gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib. Maraqlıdır, bu hadisə Azərbaycan-Ermənistan münasibətlərində “praktik sülh addımı” kimi qəbul edilə bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu hadisə bölgədə dəyişən siyasi reallıqların göstəricisidir:

Tural

“Rusiya buğdasının Azərbaycandan tranzitlə Ermənistana daşınması uzun illər bağlı qalmış yolların faktiki şəkildə açılması anlamına gəlir. Bu, sırf texniki məsələ deyil, eyni zamanda “praktik sülh addımı” kimi dəyərləndirilə bilər. Azərbaycan bu razılığa şərait yaradaraq göstərdi ki, sülh prosesi yalnız diplomatik bəyanatlarla deyil, konkret əməli qərarlarla möhkəmlənir”.

Politoloqun fikrincə, bu tranzit marşrutu regionda yaranmış yeni reallıqların praktiki təsdiqidir və Azərbaycanın diplomatik, həmçinin logistik baxımdan mərkəzi rolunu daha da gücləndirir:

“Ermənistan indi Azərbaycan ərazisindən keçən nəqliyyat yollarından istifadə etməklə real əməkdaşlığa məcbur olur. Bu, Bakının bölgədə ticarət və logistik axınları yönləndirmək gücünü bir daha göstərir”.

Tural İsmayılov hesab edir ki, hadisəni “tam sülh jesti” adlandırmaq hələ tezdir, çünki siyasi inam mühiti tam formalaşmayıb.

“Bununla belə, buğda daşınması faktı sübut etdi ki, Bakı və İrəvan arasında qarşılıqlı praktiki əlaqələr artıq mümkündür və proseslər reallıq müstəvisinə keçib, – deyə politoloq vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
28
1
konkret.az

2Mənbələr