“Bir qadın “Bravo”da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir”.
“Bravo”nun “təhlükəsiz ət” videosuna gələn müştəri şərhlərini oxucularımıza da təqdim edirik:
““Bravo”dan alınan ətlərdən iy gəlir, birmənalı olaraq, özü də hamısından, niyə?”
“Ac qalaram, marketdə satılan əti qətiyyən almaram!”
“Heç kim marketdən ət almayacaq, boşuna özünüzü niyə yorursunuz?”
“Marketlərdə satılan ətlərin qəribə qoxusu olur, yəqin ki, gec xarab olması üçün nəsə vurulur…”
“Niyə başqa yerlərdə kəsim dayanır, əksinə sizdə artır?”
“Monqol, Braziliya ətlərini görəndən adamın market ətlərinə güvəni lap öldü. Ən yaxşısı tanıdığın qəssabdan almaqdır. Onsuz, o pulu veririk də, qoy gözümüzün önündə kəsilənə verək”.
““Bravo”da kəsilən ətlər dabaq xəstəliyi tutmayıb…”
“Çox baha verilir. Ət kəsilən yerlərlə “Bravo” market arasında 3-5 AZN fərq var. Qəssabxanada ət 1-2 gün qalır, amma “Bravo”da neçə gün qalır, Allah bilir…”
“Aldım oradan, heç yaxşı deyil, ətin rəngi qırmızı, baha”.
“Mən “Bravo”dan çox ət aldım, təəsüflər olsun ki sonuncu dəfə aldığımız kimi çölə atdıq. İstər “dana əti”, istər “quzu” adı ilə satılan ət olsun!”
“Aparatla kəsildiyinə görə halal olmadığı bəllidir. Qeyri-müsəlmanlar alıb yedi, bəs müsəlman olan ibadət əhli?”
““Bravo”nun əti çox pis ve dadsız olur. Farşı daha demirəm. Çox bərbad dadır. Qoxusu olur…”
“Yaxşı ət kəsim yerlərində olur, marketdə yox, qoca heyvanların camışların ətidir, bişmir, dadı da yox”.
“Koroğludakı hipermarketiniz və Xətaidəki marketinizdəki ətlərinizin həm qoxusu, həm də durumu “0”dır”.
“Bir qadın “Bravo”da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir”.
“Bravo”da ancaq qaralmış ət görürük…”.
Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. MMC-nin Baş İcraçı direktoru Jaime Teixeiradır.
Qarşı tərəfi dinləməyə hazırıq.