AZ

Meksika Prezidentini canlı yayım zamanı öpməyə çalışdılar

Ajans.az O Globo-ya istinadən xəbər verir ki, kişi Şeynbauma yaxınlaşaraq qolunu dövlət başçısının çiyinlərinə dolayıb, digər əli ilə belinə və sinəsinə toxunub və boynundan öpməyə cəhd edib. Yalnız bundan sonra mühafizəçi hadisəyə müdaxilə edərək şəxsi uzaqlaşdırıb. Prezident Şeynbaum hadisəyə sərt reaksiya verməyib və hətta ehtimal edilən sərxoş kişi ilə şəkil çəkdirməyə razı olub. Hüquq-mühafizə orqanları daha sonra şəxsi saxlayaraq prokurorluğa təhvil verib.

Seçilən
25
Ajans.az

1Mənbələr