Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Azərbaycan içməli su problemi yaşayan ölkələr arasında ilk 15-likdədir. Bunun da təbii ki, coğrafi səbəbləri var. Bizdə problem budur ki, sovet dövründə olan texniki su şəbəkəsi hazırda yoxdur. Avtomobilləri yumağa, təmizliyə, kənd təsərrüfatına texniki su əvəzinə içməli su istifadə olunur. Bu da su sərfiyyatını artırır”.Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. O bildirib ki, texniki su şəbəkəsinin yaradılması vacibdir:“Hazırda müsbət işlərdən biri odur ki, bildiyimə görə 80 faiz subyektə sayğac quraşdırılıb. Sayğac olmursa, hesab-kitab olmur, qənaət olunmur, sudan vəhşicəsinə istifadə olunur. Şəxsən özüm parklarda, avtoyuma məntəqələrində, yeni tikilən komplekslərin həyətlərində görmüşəm.
Qaldı ki, suya limit qoyulmasına, problem var deyə limit qoyulur. Yəqin ki, limitə qədər adi qiymət olacaq, limitdən yuarı isə qiymət baha olacaq. Gec-tez biz suya qənaət etməyə keçməliyik, qiymət qaldırmaq bir üsuldur. Biri sayğacdır, digəri texniki suyun istifadəsidir. Xüsusi qurğular olmalıdır, çirkab suları təmizləyərək onu texniki su kimi istifadəyə yönəltməlidir”.Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.