AZ

ABŞ qitələrarası raket sınağı keçirdi

Hurriyyet.az xəbər verir ki, ABŞ "Minuteman III" ballistik raketlərini sınaqdan keçirib.

"Fox News" telekanalının jurnalisti Lukas Tomlinson X şəbəkəsindəki səhifəsində bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbələr Komandanlığı döyüş başlığı olmayan "Minuteman III" qitələrarası ballistik raketinin təlim atışını həyata keçirib.

Sınaq ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında baş tutub. Onun sözlərinə görə, raket hesablanmış trayektoriyanı izləyərək Marşal adaları yaxınlığındakı sulara düşüb.

"Minuteman III" ABŞ inventarında olan yeganə quru əsaslı qitələrarası ballistik raketdir ki, ABŞ-ın nüvə əleyhinə sisteminin etibarlılığını və döyüş hazırlığını yoxlamaq üçün müntəzəm sınaqlardan keçirilir.

Hürr Tərcüman

Seçilən
20
hurriyyet.az

1Mənbələr