AZ

ABŞ-da yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 9-a çatıb

Vaşinqton, 5 noyabr, AZƏRTAC

ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 9-a çatıb.

AZƏRTAC-ın məlumatına görə, təyyarənin göyərtəsində 3 ekipaj üzvü olub. Daha əvvəl 11 nəfərin xəsarət aldığı açıqlanmışdı. Qəza zamanı böyük yanğın baş verib və səmaya tüstü qalxıb. Rəsmi orqanlar yanğından sonra yaxınlıqdakı ərazinin böyük bir hissəsinin sakinlərini sığınacaq tapmağa çağırıblar.

Təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə yola düşmək üçün havaya qalxıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
21
4
azertag.az

5Mənbələr