AZ

Ermənistan Türkiyə sərhədi yanvarda üçüncü ölkə vətəndaşları üçün açılacaq Türkiyəli sabiq deputat

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə sabiq deputat Karo Paylan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində nikbin proqnozlar verib.

Yeniavaz.com xəbər verir ki, o, noyabrın 5-də jurnalistlərlə söhbətində bildirib ki, sərhədin yaxın aylarda açılması ehtimalı yüksəkdir.

Paylan qeyd edib ki, gələn ilin yanvar və ya fevral aylarında bu istiqamətdə “çox müsbət irəliləyişlərin” şahidi olacağıq: “Əgər hər şey qaydasında getsə, əvvəlcə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq, daha sonra isə Türkiyə və Ermənistan vətəndaşları da sərhəddən keçə biləcəklər. Mən bu münasibətlərin parlaq gələcəyini görürəm”.

Siyasətçi hesab edir ki, əsas maneə Türkiyə və Azərbaycanın bir-birinə oxşar siyasət yürütməsidir: “Ermənistan-Türkiyə münasibətlərinə Azərbaycan, Ermənistan-Azərbaycan münasibətlərinə isə Türkiyə mane ola bilər. Qarşıdakı aylar hər iki istiqamətdə münasibətlərin normallaşması üçün həlledici olacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
yeniavaz.com

1Mənbələr