AZ

Azərbaycan üzərindən Ermənistana gedən yük qatarı Gürcüstana doğru istiqamət götürüb

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 14 milyard 529 milyon 212 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 294 milyon 927 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 6,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 17 milyard 454 milyon 56 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
29
turkic.world

1Mənbələr