AZ

Mobil operatorlar bu halda nömrələrinizi satışa çıxaracaq AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Mobil operatorlar nömrələri satarkən və ya təqdim edərkən müştəri ilə müqavilə bağlayırlar və bu yolla özlərini hüquqi cəhətdən sığortalayırlar. Əslində, “fərdi məlumatlar” deyəndə əsasən nömrə nəzərdə tutulur, "WhatsApp" və başqa şəxsi məlumatlar operatora keçmir. Çünki çox adam nömrə alır, sonra istifadə etmir, nömrə də aktiv olmazsa, operator onu ləğv edib yenidən satışa çıxarır".Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Sahib Məmmədov deyib.O bildirib ki, bu prosesdə müəyyən mübahisəli məqamlar ola bilər, amma operator müqavilə ilə özünü qoruduğu üçün iddia qaldırmaq nəticə vermir:"Necə ki, sovet dövründə stasionar telefonlar evlərə verilirdi, o vaxt da telefonu təhvil verəndə nömrə ləğv olunmurdu, sadəcə başqa birinə verirdilər. Bu, o zaman da belə idi, indi də mobil nömrələrdə eyni prinsip tətbiq olunur".Vəkil bildirib ki, müqavilədə də göstərilir ki, əgər müəyyən müddət ərzində nömrə aktiv saxlanmasa, operator onu ləğv edib yenidən satışa çıxarmaq hüququna malikdir.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
demokrat.az

1Mənbələr