AZ

Özbəkistan Azərbaycandan 7,5 milyon dollarlıq xalça sifarişi alıb

Azərbaycandan 7,5 milyon ABŞ dolları həcmində xalça sifarişi almışıq.

FED.az xəbər verir ki,Bunu  Xivə xalça fabrikinin direktor müavini Öktəm Rəhimov deyib.

"2020-ci ildə modernizə olunduqdan sonra fabrikimiz ayda 750 min kvadrat metr xalça istehsal edir. Məhsullarımızı, əsasən, Azərbaycan da daxil olmaqla, MDB ölkələrinə, Çinə ixrac edirik", - Öktəm Rəhimov bildirib.

Qeyd edək ki, Özbəkistana işgüzar səfər çərçivəsində Xivə xalça fabrikində olan Azərbaycanın media nümayəndələri müəssisənin istehsal prosesi, məhsullarının ixrac imkanları və fəaliyyət istiqamətləri barədə məlumat alıblar.

Bildirilib ki, Xivə xalça fabriki bölgənin ən iri sənaye müəssisələrindən biridir. Müəssisədə pambıqdan iplik və hazır parça, xalça istehsalı həyata keçirilir. Fabrikdə müasir texnoloji avadanlıqlar quraşdırılıb, məhsullar həm daxili bazarda, həm də xarici ölkələrə ixrac olunur. Burada yüzlərlə yerli sakin məşğulluqla təmin edilib. (Apa)

Seçilən
13
8
fed.az

9Mənbələr