AZ

Azərbaycanda superkompüter mərkəzi yaradılacaq

Kiçik, orta, hətta böyük müəssisələr belə, xüsusilə maliyyə və insan resursları baxımından süni intellektin biznesə tətbiqi zamanı çətinliklərlə üzləşirlər.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrəAvrasiya Forumu”nda panel müzakirəsi zamanı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Departament rəhbəri Əzizə Vidadi deyib.

O qeyd edib ki, bu problemlərin həlli üçün bir sıra yanaşmalar mövcuddur:

“Məsələn, dövlət-özəl tərəfdaşlığı, Coursera kimi proqramların istifadəsi, yaxud digər əməkdaşlıq modelləri. Biz həmçinin 2023-cü ildə StrategEast ilə IT Hub layihəsi üzrə əməkdaşlıq etmişdik və bu layihə çox uğurlu oldu. Hətta bəzi tələbələr işlə təmin olundu. Başqa bir həll yolu birgə infrastrukturun yaradılmasıdır.
Məsələn, hazırda İqtisadiyyat Nazirliyi superkompüter mərkəzinin yaradılması üzərində çalışır. Bu mərkəz kiçik və orta bizneslərin də istifadəsi üçün açıq olacaq.

Seçilən
25
10
azpost.info

10Mənbələr