AZ

Ankara Sosyal Bilimler Üniversitesinde qaz sızması: 6 nəfər xəstəxanaya yerləşdirildi

Ankara Sosial Bilimlər Universitetinin (ASBÜ) kampus binasında yanğınsöndürmə sisteminin avtomatik işə düşməsi nəticəsində yayılan qazdan 6 nəfər – 5 tələbə və 1 texniki işçi – zərər çəkib.

Hadisə bu gün günorta saatlarında Ulus bölgəsində baş verib. Əvvəlcə “universitetdə təbii qaz partlayışı olub” şəklində xəbərdarlıq daxil olsa da, yanğınsöndürənlər hadisə yerinə çatdıqdan sonra partlayışın baş vermədiyi müəyyən edilib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, binanın zirzəmisindəki yanğın söndürmə sistemi öz-özünə aktivləşib və qaz xaricə sızıb.

İtfaiyə və Başkentgaz əməkdaşlarının yoxlamalarından sonra təbii qaz sızması olmadığı təsdiqlənib.

Hadisə zamanı söndürmə qazından zəhərlənən şəxslər ətrafdakı xəstəxanalara yerləşdirilib. Onların vəziyyətinin sabit olduğu bildirilir.

Mövsüm,

AzNews.az

Seçilən
28
aznews.az

1Mənbələr