“Azercell Telecom” MMC 20 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır.
Bu barədə Yurd.Media-ya Bankdakı mənbə bildirib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 20 min ədəd istiqrazdan gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. İstiqrazların illik faiz dərəcəsi, faizlərin ödənilmə tezliyi və emissiyanın anderrayteri hələ açıqlanmır.