AZ

Akif Nağı: “Fazil Mustafanı Ramiz Mehdiyev himayə edirdi, İŞİD-çi, vəhabidir”

Azad Vətən Partiyasının sədri Akif Nağının “Media Türk TV”nin efirində Fazil Mustafa ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

Bunun ardınca, Fazil Mustafa Akif Nağını “İran xətti müdafiə edən adam” adlandırıb. Deputat qeyd edib ki, Akif Nağı Taleh Bağırzadənin başqa bir versiyasıdır. Azərbaycanda səfəviliyi kim qabardırsa, həmin şəxs İranın maraqlarına xidmət edir.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən AVP-nin sədri Akif Nağı bildirib ki, Fazil Mustafa mənasız, məsuliyyətsiz, çürük bir adamdır.

A. Nağı qeyd edib ki, Fazil Mustafanın heç dediklərinə fikir və reaksiya vermək istəməzdim. O, boş və mənasız şeylər danışır. “Akif Nağı İran xəttindədir” nə deməkdir?! Əlində sənin faktın varmı? Adama bu cür şər atmaq olmaz. Sən şər və böhtançısan. Guya, özü də hüquqşünasdır.

Sədrin sözlərinə görə, Akif Nağının dövləti və milləti üçün etdiyi fəaliyyəti Azərbaycan xalqı, media, hər kəs bilir. 30 il ərzində, işğal dövründə Akif Nağı qan-tər içində, həyatı ilə risk edərək, Qarabağ təbliğatını bütün dünyada aparıb. Rusiya, Türkiyə, Avropa, Gürcüstan, hər yerdə bu təbliğatları biz aparmışıq. Qarabağla bağlı qalaq-qalaq kitablar, braşurlar çap etmişik, konfranslar həyata keçirmişik. O cümlədən, bu fəaliyyətimiz İranı da əhatə edib. İrana ona görə gedib-gəlirdik ki, orada Qarabağ təbliğatı aparaq. Ermənilərin orada apardığı saxta təbliğatın qarşısını almaq məqsədilə getmişik. Orada çox vaxt həyatımızı riskə atırdıq. Bunun insanlar dəfələrlə şahidi olub. Hər səfərdə də ora jurnalistlərlə birgə gedirdim. Onlar açıq şəkildə fəaliyyətimizi görürdülər. Təbriz, Zəncan, Ərdəbil, Urmiya, hər yerdə, universitetlərdə Qarabağ konfransları keçirirdik. Yəni, ona görə də bu məsələlərdə qərəzli mövqedən çıxış edən, boş mənasız şəkildə danışan Fazil Mustafanın Akif Nağını ittiham etməsi mənasızdır. Azərbaycanın hüquq-mühafizə orqanları var. Əgər Akif Nağının hərəkətlərində balaca bir xal qədər nəsə olsaydı, hüquq-mühafizə orqanları bununla bağlı addımlar atardı.

Akif Nağı F. Mustafa barədə daha sonra bunları deyib:

“Fazil Mustafa cəmiyyətdə heç nəyə yaramayan bir adamdır. Deputat kreslosunda oturub amma Azərbaycana bu gün nə xeyri dəyib?! Onun savadı belə yoxdur. Mən hesab edirəm ki, bu cür adamlar tam şəkildə cəmiyyətdən təcrid olunmalıdır. Bu cür mənasız adamların fəaliyyətini düzgün bilib dəyər biçməlidirlər. Bu cür adamların cəmiyyətdə yeri yoxdur. Çox təəssüf ki, o, hələ də deputat kreslosunda oturub, komissiya sədridir. Bunun özü hansı təbliğatı aparır?! Guya səfəvilikdən danışır. O, səfəvilikdən imtina edib. Səfəvilər Azərbaycanın ən böyük sülalələrindən biri olan, Azərbaycan dövlətini böyük imperiya səviyyəsinə qaldıran bir sülalə idi. Bundan imtina etmək əksinə, İrana xidmət etmək deməkdir. İranda da fars rejimi o xətti aparırlar ki, Səfəviləri özlərinə çıxsınlar, fars olduğunu dünyaya çatdırsınlar. Fazil Mustafa da bu hərəkətləri ilə onlara xidmət edir. O, məntiqsiz danışır. Amma mən məntiqlə deyirəm ki, onun yeritdiyi siyasət, Səfəvilərə qarşı bu münasibət İran siyasətinə xidmətdir. Bəlkə də o, İranla idarə olunur. Vaxt gələcək məsələlər açılacaq”.

Fazil Mustafanın şiəliklə bağlı fikirlərinə münasibət bildirən Akif Nağı vurğulayıb:

“Fazil Mustafa şiəliyə qarşı mənasız bir mövqe tutub. Mən məntiqlə deyirəm ki, o da İŞİD-in, vəhhabilərin apardığı siyasətə uyğundur. Vaxt gələcək onun İŞİD və vəhabilərlə əlaqəsi olduğu ortaya çıxacaq. İŞİD və vəhabilər deyir ki, “şiələrin hamısını öldürmək lazımdır, savabdır”. Fazil Mustafa da antişiə, anti-Azərbaycan mövqeyindədir. O, Azərbaycanın imicinə xələl gətirməyə çalışır. Çox təəssüf ki, belə məxluqlar var və ağızlarına gələni də danışırlar. İstənilən yerdə, istənilən səviyyədə onunla diskussiya edib ona sübut edərəm. Mən onun ağırlığı qədər kitablar yazmışam. 22-23 ildir ki, Qarabağ konfransları keçirirəm. Elə bu günlərdə Zəngəzur konfransının materialları çap olunacaq. Ən yeni Azərbaycan tarixi kitabını keçən il yazmışam. Azər tarixinin qədim dövründən bu gününə qədər bəhs edən mövzularda kitab yazmışam. Mən Azərbaycan elminə, millətinə, dövlətinə xidmətimi davam etdirirəm. Bu cür adamlara da fikir vermirəm. Necə deyərlər, “it hürər, karvan keçər”. Karvan hər hürən itə reaksiya versəydi, o gedib hədəfinə, məqsədinə, mənzil başına çatmazdı. Ona görə də heç buna vaxt sərf edib məhkəməyə də vermək istəmirəm. Mən ilahi ədaləti gözləyirəm. Onlar öz cəzalarını alacaqlar. Necə ki, gözümüzün qarşısında alırlar”.

“O, Ramiz Mehdiyevin kadrıdır. Fazil Mustafanı Ramiz Mehdiyev gətirib ortaya çıxarmışdı, himayə edirdi”.

“Necə ki, R. Mehdiyevin dəstəsi gedib, bu da onların içərisində gedəcək. Hələ çabalayır, müqavimət göstərməyə, sifətini, simasını mövqeyini dəyişməyə çalışır. Amma xeyri yoxdur. Haqq-ədalət yerini alacaqdır”.

Seçilən
6
5
nocomment.az

6Mənbələr