Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının gələn il keçiriləcək Avropa çempionatında qrup oyunlarının təqvimi bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamız ölkəmizin ev sahibliyi edəcəyi C qrupunda yer alır.
Qrupda rəqiblərimiz Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmalarıdır. Millimiz ilk görüşünü Portuqaliyaya qarşı keçirəcək.
Qeyd edək ki, Bakıdakı qarşılaşmalar 21-28 avqust 2026-cı il tarixlərində baş tutacaq. Oyunlar Bakı Gimnastika Arenasında təşkil olunacaq.
Ölkəmizin ev sahibliyi edəcəyi AVRO-2026-nın C qrupunun oyunlarının təqvimi:
21 qvqust
19:00Azərbaycan – Portuqaliya
22 avqust
15:30Belçika – İspaniya
18:30Rumıniya – Niderland
23 avqust
15:30Portuqaliya – Belçika
18:30İspaniya – Azərbaycan
24 avqust
15:30Niderland – Portuqaliya
18:30Azərbaycan – Rumıniya
25 avqust
15:30Rumıniya – Belçika
18:30Niderland – İspaniya
26 avqust
15:30İspaniya – Portuqaliya
18:30Belçika – Azərbaycan
27 avqust
15:30Niderland – Belçika
18:30Portuqaliya – Rumıniya
28 avqust
15:30İspaniya – Rumıniya
18:30Azərbaycan - Niderland